Ermənistanda parlament seçkiləri keçirilir

İctimai yoxlamalara görə, 101 yerlik parlamentdə 69 deputat ilə hakimiyyəti əlində saxlayan prezident Serj Sarkisyanın rəhbərliyindəki Respublika Partiyası seçkilərin favoritidir.

703850

 Parlamentdə Respublika Partiyasından sonra 33 millət vəkili ilə təmsil edilən milyarder iş adamı Qaqik Tsarukyanın başçılıq etdiyi Tsarukyan koalisiyası gəlir.
 
Sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi də, seçkiyə Ermənistan Xalq Partiyası ilə birlikdə qatılır.
 
 Digər tərəfdən, keçmiş müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər naziri Vardan Oskanyan və yenə sabiq xarici işlər naziri Raffi Hovannisyan seçkilərdə  ittifaq halında iştirak edirlər.
 
Qeyd edək ki, 2015-ci ildə keçirilən konstitusiya referendumundan sonra Ermənistan parlament sisteminə keçib.
 
 2018-ci ildə  prezidentin vəzifə müddəti bitdikdən sonra parlamen sistemi qüvvəyə minəcək və yeni hökumət parlamentdəki əksəriyyət tərəfindən yaradılacaq.

Әlaqәli Xәbәrlәr