Suriya müxalifətinin tələbləri

İsveçrənin Cenevrə şəhərində Suriya müzakirələrinin beşinci bölümü davam edir.

Suriya müxalifətinin tələbləri

  Suriyada Rakka əməliyyatından əvvəl terror təşkilatı DAEŞ-in əlinə keçən strateji Tabka bölgəsində qarşıdurmalar davam edir.

  Bölgədən qaçan vətəndaşların sayı isə 7 mini keçib.

  Digər tərəfdən, İsveçrənin Cenevrə şəhərində Suriya müzakirələrinin beşinci bölümü davam edir.

  Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan də Misturanın vasitəçiliyilə davam edən danışıqlarda siyasi keçid prosesi müzakirə olunur.

  Müxalifət qrupu Əsəd rejimi üzərində basqının artırılması, İranla əlaqəli hissələrin bölgədən geri çəkilməsi və Rusiyanın müxalifəti hədəfə alan hücumlarının dayandırılmasını tələb edir.

  Cenevrə 5-ci tur danışıqlarının bu gün sona çatması gözlənilir.



Әlaqәli Xәbәrlәr