Ərəb Dövlətləri Liqasının 28-ci sammiti başa çatdı

İordaniyanın Ölü Dəniz bölgəsində keçirilən Ərəb Dövlətləri Liqasının 28-ci sammitində 15 maddəlik Amman Bəyannaməsi qəbul olundu.

702200
Ərəb Dövlətləri Liqasının 28-ci sammiti başa çatdı

 İordaniyanın Ölü Dəniz bölgəsində keçirilən Ərəb Dövlətləri Liqasının 28-ci sammitinin yekun bəyannaməsində Suriya böhranının həlli yollarının axtarışları və suriyalı qaçqınları qəbul edən ölkələrə dəstək çərçivəsindəki işlərin davam edəcəyi, eyni zamanda, terror dəstələrinin məhv edilməsi üçün bütün lazımi imkanların təmin olunacağı bildirilir.
 
 Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu Qayt tərəfindən oxunan 15 maddəlik Amman Bəyannaməsində sammitə ev sahibliyi edən İordaniyaya təşəkkür edilərək, Fələstin, İranın müdaxilələri və terrorizmlə mübarizə məsələləri başda olmaqla, bölgədəki son proseslər dəyərləndirilir.
 
 Fələstinlə İsrail arasında sülh müzakirələrinin, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil bir Fələstin dövlətinin qurulmasını nəzərdə tutan iki dövlətli həll əsasında müəyyən bir təqvimə görə yenidən başlanılması üçün işlərin davam edəcəyi vurğulanan Bəyənnamədə  ABŞ-ın Tel-Əviv səfirliyinin Qüdsə köçürülməsinin qəbuledilməz olduğu bildirilir.
 
 İraqın ərazi bütövlüyü və sabitliyinin Ərəb milli təhlükəsizliyinin əsas sütunlarından biri olduğu, terror dəstələrinin zərərsizləşdirilməsi və Mosulun terror təşkilatı DEAŞ-dan geri alınması məsələlərində İraqın dəstəkləndiyi bildirilənBəyənnamədə: "Suriya böhranının sülh yolu ilə həllinin axtarışları və suriyalı qaçqınları qəbul edən ölkələrə dəstək çərçivəsində işlər davam edəcək. Terror dəstələrinin məhv edilməsi üçün lazım olan bütün imkanlar təmin olunacaq" deyilir.
 
 İslamofobiya və İslamı terrorla əlaqələndirmə meylinin artması ilə bağlı narahatlıqların da ifadə olunduğu Bəyannamədə Ərəb ölkələrinin qonşuları ilə yaxşı münasibətlər qurmasına və əməkdaşlığına toxunulur, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç adası üzərindəki suverenliyi və bu adaların İrandan geri alınması mövzusundakı qətiyyəti vurğulanır.
 
Bəyənnamədə İrana üç ada məsələsinin sülh yolu ilə həll edilməsi təşəbbüsünə müsbət cavab verməsi üçün çağırış edilir.



Әlaqәli Xәbәrlәr