İran,15 şirkətə sanksiya tətbiqinə başlayır

İran, 15 Amerika şirkətinə "İsrail və terrorizmə dəstək verdiyi" səbəbiylə sanksiya tətbiq edəcəyini bildirib.

699580
İran,15 şirkətə sanksiya tətbiqinə başlayır

İran Xarici İşlər Nazirliyinin internet saytında əks edən məlumatda, ABŞ tərəfindən tək tərəfli olaraq İranla əlaqəli şəxs və şirkətlərə tətbiq olunan embarqonun beynəlxalq qaydalar və İranla imzalanan Əhatəli Ortaq Əməliyyat planına (KOEP) zidd olduğu qeyd edilib.

İsraildə təhlükəsizlik, silah və tikinti sahəsində fəaliyyət göstərən Amerikalı 15 şirkətin, 21 Mart 2017-dən etibarən İranın sanksiya siyahısına salındığı ifadə edilən açıqlamada, bu şirkətlər ilə ticarət əlaqənin dayandırıldığı, səlahiyyətlilərinə və ya onlarla əlaqəli olanlara viza verilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İsrail və terrorizmə dəstək verdikləri" səbəbiylə sanksiya tətbiq olunacaq Amerikalı 15 şirkət arasında Bent Tal, United Technologies Products, ITT Corporation, Raytheon, Re / Max Real Estate, Magnum Research Inch., Oshkosh Corporation, Kahr Arms və Elbit System iştirak edir.



Әlaqәli Xәbәrlәr