Urum əl-Kubra bölgəsinə endirilәn zərbələr nəticəsində 3 dinc sakin hәlak olub

Bəşər Əsəd  rejiminə aid döyüş təyyarəsinin Hələbin  Urum əl-Kubra  bölgəsinə endirdiyi zərbələr nəticəsində  3 dinc sakin həlak olub, 4-ü də yaralanıb.

694285

Bu barədə şəhərdəki mülki  müdafiə rəsmisi Nəcib Bekkur məlumat verib. Nəcib Bekkur Bəşər Əsəd  rejiminə aid döyüş təyyarəsinin  bölgədəki yaşayış məntəqələrini bombaladığını bildirib.

N. Bekkur hücum nəticəsində 2-si uşaq olmaqla 3 nəfərin həlak olduğunu, 4 nəfərin isə yaralandığını bildirib. O, həmçinin bombardman nəticəsində 3 evin tamamilə dağıldığını qeyd edib.

Nəcib Bekkur rejim qüvvələrinin bölgəyə hücum etməyə davam etdiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr