Astanadaki Suriya danışıqlarının 3-cü mərhələsinə start verilib

Türkiyə, Rusiya və İranın zəmanətçiliyi ilə Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya danışıqlarının 3-cü mərhələsində, ilk olaraq, BMT və Rusiya heyətlərinin iclası baş tutub.

691023
Astanadaki Suriya danışıqlarının 3-cü mərhələsinə start verilib

Yığıncaqda, Rusiya heyətinə prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, BMT heyətinə isə Mislos Strugar başçılıq edib.

Rusiya heyəti, iclasdan sonra İordaniya heyətiylə görüşüb. Daha sonra Bəşər Cəfərinin başçılıq etdiyi Suriya heyətiylə bir araya gəlib.

Digər tərəfdən, Suriya danışıqlarına qatılacaq olan Türkiyə və İran nümayəndə heyətləri də Astanada.

Qeyd edək ki, Astana danışıqlarının ilk turu 23-24 yanvar, ikinci turu isə 15-16 Fevralda təşkil baş tutmuşdu.



Әlaqәli Xәbәrlәr