“Türkiyə, Rusiyanın partnyorudur”: A.Puşkov

Rusiya Federasiya Şurası İnformasiya Siyasəti Komissiyası Başçısı Aleksey Puşkov, Moskvanın Yaxın Şərqdə əhəmiyyətli qlobal aktyor olduğunu  bildirib.

690103
“Türkiyə, Rusiyanın partnyorudur”: A.Puşkov

Rusiya Federasiya Şurası İnformasiya Siyasəti Komissiyası Başçısı Aleksey Puşkov, Rus televiziya kanalına verdiyi müsahibədə, Moskvanın Yaxın Şərqdə əhəmiyyətli qlobal aktyor olduğunu ifadə edərək, prezident Rəcəb Tayyib Ərdoğanın, ölkəsinə səfəri   çərçivəsində   səmərəli   danışıqlar   edildiyini  xatırladıb.

Görüş zamanı iqtisadi sanksiyaların mərhələli olaraq qaldırılması, iş viza rejiminin ləğv edilməsi kimi mövzuların təhlil edildiyini ifadə edən Puşkov, Ərdoğan  ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında güçlü dostluq əlaqələrinin olduğunu vurğulayıb və Türkiyənin Suriyanın şimalında kürd dövlətinin yaranmasını istəmədiyini xatırladıb. Bu mövzunun da Putin ilə görüş zamanı müzakirə edildiyini bildirib.

Türkiyə ilə nəhəng layihələr həyata keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Aleksey Puşkov, Yaxın Şərqdəki layihələrin iki ölkənin siyasi və iqtisadi baxımdan regional gücünə töhvə verəcəyini, bu səbəblə Türkiyə ilə əlaqələri irəli pillələrə qardırmağın lazım gəldiyini  sözlərinə  əlavə  edib.  



Әlaqәli Xәbәrlәr