Yardım təşkilatları Əl Baba geri qayıdan əhalinin ehtiyaclarını təmin edirlər

Suriyanın Əl Bab rayonunun terror təşkilatı DEAŞ-dan azad edilməsindən sonra evlərinə qayıdanlar üçün yardım təşkilatları fəaliyyətə başladı.

687452

  Humanitar Yardım Fondu (İHH) Əl Babdakı ailələrin əsas ehtiyaclarını təmin etmək üçün rayona 25 maşından ibarət yardım  göndərdi.
 
 DEAŞ terroru üzündən yurdlarını-yuvalarını tərk edərək müxaliflərin nəzarətindəki ətraf kənd və bölgələrə gedən, Əl Bab azad olduqdan sonra evlərinə dönən insanlar üçün içərisində ərzaq, adyal, təmizlik vasitələri, uşaq bezi və uşaq oyuncaqlarının olduğu paketlər hazırlanıb.
 
 Uzun qarşıdurmalardan sonra DEAŞ-dan azad edilmiş bölgədə Azad Suriya Ordusunun birlikləri və bomba məhvetmə mütəxəssisləri terrorçuların döşədikləri minaları təmizləməyə davam edirlər.
 
 Türk Silahlı Qüvvələri  və Azad Suriya Ordusu 24 avqustda başlayan "Fərat Qalxanı" əməliyyatlnda  Azez-Cerablus bölgəsini terror təşkilatlarından təmizlədikdən sonra  2016-cı il dekabrın əvvəllərində Əl Baba yönəlmişdi.
 
Fevralın 23-də buranı da DEAŞ-da azad edən TSQ və Azad Suriya Ordusu həmin gün Kabasini və Bizza kəndini terror təşkilatından geri almışdı.

Әlaqәli Xәbәrlәr