Türk dili Kosovo xalqlarını birləşdirir

Türkiyənin Prizren baş konsulu Selen Evcit bu şəhərdə yaşayan fərqli millətlərdən olan insanların Türk dilində danışdığını bildirdi.

685732
Türk dili Kosovo xalqlarını birləşdirir

 Türkiyənin Prizren baş konsulu Selen Evcit bu şəhərdə yaşayan fərqli millətlərdən olan insanların Türk dilində danışdığını bildirərək: "Prizren xalqı ilə əsrlərlə bir yerdə yaşamışıq. Ortaq tariximiz var. Buradakı alban, boşnak və qoralı belə Türk dilində danışır. Türk dili burada birləşdirici faktordur. Osmanlı burada birləşdirici faktor olub" dedi.
 
 Selen Evcit təxminən bir il əvvəl açılan Baş Konsulluğun açıldığı gündən etibarən Kosovodakı Türklərlə yanaşı, Türk mədəniyyətini və dilini sevənlər üçün sosial, mədəni və ədəbi fəaliyyətlər təşkil etdiyini söylədi.
 
 Evcit aprelin 16-da konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendumda Türk vətəndaşlarının Priştina Səfirliyi ilə yanaşı Prizren Baş Konsulluğunda da da səs verə biləcəklərini qeyd etdi.
 
 Kosovo və Türkiyə arasında ortaq tarixə əsaslanan müsbət münasibətlər olduğunu vurğulayan Evcit bu əlaqələrin gələcəkdə daha da yaxşı olacağını sözlərinə əlavə etdi.
 
 Türkiyənin Prizren Baş Konsulluğu 23 aprel 2016-cı ildə açılıb. Açılış mərasimində baş nazirin müavini Numan Kurtulmuş və Kosovo baş naziri İsa Mustafa iştirak edib.



Әlaqәli Xәbәrlәr