Peşmerge qüvvələri ilə PKK terrorçuları arasında toqquşmalar oldu

İraqın şimalında yerləşən Mosulun Sincar bölgəsində gərgin saatlar yaşanır.

684543
Peşmerge qüvvələri ilə PKK terrorçuları arasında toqquşmalar oldu

 İraq Kürd Regional Rəhbərliyinin Sincar bölgəsinə sövq etdiyi peşmerge qüvvələri ilə separatçı terror təşkilatı PKK arasında toqquşma oldu.

 Türkiyə terror təşkilatı PKK-nın Mosulun Sincar bölgəsindəki mövcudluğuna görə  narahatlığını hər fürsətdə dilə gətirir.

  Məsələ İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzaninin Türkiyə səfərində də gündəmə gəldi.

  Ankara Bərzanidən peşmerge qüvvələrinin bölgədə PKK-nın mövcudluğuna imkan verməməsini istədi.

  İraq Kürd Regional Rəhbərliyi də Sincar bölgəsinə terror təşkilatı PKK-ya qarşı 500 suriyalı peşmergə göndərdi.

  Dünən səhər saatlarında Sincara 60 kilometr məsafədə yerləşən Hanesur bölgəsində peşmerge qüvvələri ilə PKK- terrorçuları arasında toqquşmalar oldu.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sincardakı münaqişəni şərh edərək:" Terror təşkilatlarına qarşı birgə hərəkət edəcəyik. Separatçı terror təşkilatı PKK/PYD hər kəsin, yəni bəşəriyyətin düşmənidir. Bu terror təşkilatı harada olursa olsun, onu məhv etmək bizim vəzifəmizdir. Bu, İraq üçün də təhdiddir. Deməli, PKK təhlükə olaraq davam etdiyi müddətdə ona qarşı mübarizə də davam edəcəkdir "dedi.

İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzaninin baş məsləhətçisi Hemin Havrami də, sosial mediada terror təşkilatı PKK-nın Sincardan çıxmamasına reaksiya göstərdi

 



Әlaqәli Xәbәrlәr