Suriya üzrə sülh danışıqları davam edir

İsveçrənin Cenevrə şəhərində davam edən Suriya danışıqları çәrçivәsindә  Rusiya heyəti  ilə Suriya müxalifətini təmsil edən  nümayəndə heyəti bir araya gəlib.

682791
Suriya üzrə sülh danışıqları davam edir

İsveçrənin Cenevrə şəhərində davam edən Suriya danışıqları çәrçivәsindә Rusiya  heyəti ilə Suriya müxalifətini təmsil edən nümayəndə heyəti  bir araya gəlib.

Rusiya xarici işlər nazirinin müavini  Genadi Gatilov  Cenevrədə Suriya müxalifətinin  nümayəndə heyəti ilə görüşüb.

Suriya müxalifətini təmsil edən  nümayəndə heyəti adından mətbuata açıqlama verәn  Yəhya Kadamani: ‘‘Görüş müsbәt keçib vә Astanada verilәn tәminatların yerinә yetirilmәsi tələb olunub’’ deyib.

Rusiya  mətbuatına açıqlama verәn G. Gatilov bildirib ki: ‘‘ Astanada keçirilәcәk növbәti  danışıqlardan әldә olunacaq nәticәyә görә Cәnәvrәdәki Suriya danışıqları martın 20-dә davam edә bilәr’’

G.Gatilov  Rusiyanın toqquşan tərəflər arasında birbaşa görüşlərin keçirilmәsini  istədiyini bildirib.

Danışıqların 7-ci günündə müxaliflərlə ikinci dəfə görüşən Birləşmiş Millətlər Təşkilatının  Suriya üzrә xüsusi nümayəndəsi Staffan De Mistura  isә gәlinәn son nöqtәdәn məmnunluq duyduğunu  bildirib.

Mәlumata görә, Steffan De Mistura müxalifәti tәmsil edәn nümayәndә heyәtinin qaldığı otelә gәlәrәk Nasir Әl-Haririnin başçılıq etdiyi nümayәndә heyәti ilә görüşüb. Görüşün iki saatdan çox davam etdiyi bildirilib.

Görüşdәn sonra qısa açıqlama verәn Steffan De Mistura  gündәmdәki  bütün maddәlәri müzakirә etdiklәrini söylәyib.

Qeyd edәk ki, Steffan De Misturanın Bәşşar Caferinin başçılıq etdiyi rejim heyәti ilә dә bir araya gәlmәsi  gözlәnilir.



Әlaqәli Xәbәrlәr