Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib

Azərbaycan qoşunları cəbhə xəttində Ermənistan ordusunun qərargah kimi istifadə etdiyi bəzi mövqelərə zərbə endirib.

682979

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ermənistan ordusunun atəşkəs rejimini bozmasına martın 1-i axşamı Azərbaycan qoşunları atəşlə cavab zərbəsi endirib. 

Bildirilib ki, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına Azərbaycan qoşunları tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq Ermənistan tərəfinin itkilərinin sayını gizlətməyə çalışdığı bildirilib. 
Bütün cəbhəboyu əməliyyat şəraitinə Azərbaycan qoşunlarının tam nəzarət etdiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr