Mosulda DEAŞ-ın 151 üzvü mәhv edilib

İraqda  ordu birlikləri ilə beynəlxalq koalisiya qüvvələrinin Mosul qərbində keçirdiyi әmәliyyatlar nәticәsindә  terror təşkilatı DEAŞ-ın 151 üzvü mәhv edilib.

682224
Mosulda DEAŞ-ın 151 üzvü mәhv edilib

Bu barәdә Mosul әməliyyatları komandanı general-polkovnik Әbdulemir Yarallah mәlumat verib.

Mәlumata görә 9-cu zirehli diviziyanın bölgәdә hәyata keçirdiyi әmәliyyat nәticәsindә 12 terrorçu öldürülüb.

Әbdulemir Yarallah әmәliyyatlar nәticәsindә ordu birliklәrinin Әd-Dәmirçi Әs- Sagira kәndini әlә keçirdiyini, DEAŞ-dan azad edilәn  rayon vә kәndlәrin partlayıcı maddәlәrdәn tәmizlәndiyini qeyd edib.

Terrora qarşı  mübarizә dәstәlәrinin  isә Vadi Hıcr bölgәsinә tәşkil etdiyi hücum nәticәsindә  40 terrorçunun  mәhv edildiyini bildirәn Yarallah: ‘‘Hәrbi Hava Qüvvәlәrinin keçirdiyi hava әmәliyyatında 64,  koalisiya qüvvәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә isә DEAŞ-ın 35 üzvü mәhv edildi’’ deyib.



Әlaqәli Xәbәrlәr