Suriya rejimi DEAŞ-la әmәkdaşlıqmı edir ?

Terror tәşkilatı DEAŞ-ın  rejim qüvvәlәrinә müqavimәt göstәrmәdiyi bildirilir.

681197
Suriya rejimi DEAŞ-la әmәkdaşlıqmı edir ?

Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr ‘‘Fәrat Qalxanı’’ hәrәkatı nәticәsindә әlә keçirilәn  Әl-Babın cәnubunda  ‘‘tampon bölgә’’  yaradaraq  әmәliyyatın  terror tәşkilatı DEAŞ-a qarşı irәlilәyişinә mane olmağa çalışır.

Әsәd ordusu vә rejimә sadiq xarici terrorçu qruplar son bir hәftә әrzindә Әl Babın cәnubunda irәlilәmәyә davam edәrәk  DEAŞ-ın nәzarәtindәki  22 yaşayış mәntәqәsini  geri alıb.

Terror tәşkilatı DEAŞ-ın  rejim qüvvәlәrinә müqavimәt göstәrmәdiyi bildirilir.

Mәlumata görә, rejim ordusu vә İranın dәstәklәdiyi  qruplar  terror tәşkilatı PYD/PKK-nın nәzarәtindәki Münbiç qәsәbәsinә çatıb.

Belәliklә ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә Türkiyә Silahlı Qüvvәlәrinin dәstәklәdiyi Azad Suriya Ordusu tәrәfindәn  әlә keçirilәn Bab qәsәbәsinin cәnubuna  yerlәşәn rejim qüvvәlәri Rakkaya gedәn marşrutu kәsib.

Rejim qüvvələri  Azad Suriya Ordusunun  әmәliyyata  davam etməsinə mane olmaq üçün DEAŞ-la  arasına ‘‘tampon bölgə’’ yaradıb.



Әlaqәli Xәbәrlәr