İran yeni raket sinaq edib

İran, ölkənin cənubunda başladılan hərbi manevr çərçivəsində yeni bir raket sinaq etdiyini bildirib.

680952
İran yeni raket sinaq edib

İran Müdafiə naziri Hüseyn Dehkan, Deniz qüvvələrinin ölkənin cənubunda başlatdığı "Velayət 95" adlı manevr çərçivəsində yeni bir dəniz kruz raketinin uğurla sınaq edildiyini bildirib.

Yerli imkanlarla buraxılan Nəsir (Nasir) adlı raketin atıldıqdan sonra hədəfə uğurla isabət etdiyini ifadə edən İranlı nazir, raketin mənzili və digər xüsusiyyətləri haqqında məlumat verməyib.

Dünən başlayan manevr, Hürmüz Boğazı, Oman dənizi və Hind okeanını əhatə edən bir sahədə davam edir. Hərbi təlim 0,1 Martda sona çatacaq.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları, İranın son vaxtlarda raket sınaqlar reallaşdırmasını reaksiya ilə qarşılayaraq 3 Fevralda bəzi İranlı şirkət və şəxslər haqqında sanksiya tətbiq edilməsini nəzərdə tutan qərar qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr