Mövlud Çavuşoğlu: "Növbəti hədəf Rakkadır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli qüvvələrlə bərabər Rakkanı terror təşkilatı DEAŞ-dan təmizləyə biləcəklərini söylədi.

679804
Mövlud Çavuşoğlu: "Növbəti hədəf Rakkadır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əl Babda nəzarətin təmin olunduğunu və bölgədə  gizlədilmiş partlayıcılardan təmizlənmə işlərinə başlanıldığını bildirdi.
  
Antalyada olan xarici işlər naziri  "Fərat Qalxanı" əməliyyatında terror təşkilatı DEAŞ-a son zərbənin endirildiyini və şəhərin terrorçulardan təmizləndiyini qeyd edərək: " Baş Qərargahın açıqladığı kimi, şəhər tamamilə nəzarətimiz altındadır, ama şəhərin həm müxtəlif partlayıcı maddələrdən,həm də terrorçulardan təmizlənməsi lazımdır. Bizim dəstək verdiyimiz mötədil qüvvələr də şəhərin təhlükəsizliyini təmin etməlidirlər. Əl Bab terror təşkilatı DEAŞ-dan təmizləndikdən sonra insanlar öz evinə, öz şəhərinə qayıdaraq həyatlarına davam edəcəklər" dedi.
 
 Çavuşoğlu bundan sonrakı hədəfin Rakka əməliyyatı olduğunu bildirdi və: "Koalisiya ölkələri - Fransa, Almaniya, Böyük Britaniya ilə məsləhətləşmələrimiz oldu. Yerli qüvvələrlə bərabər Rakkanı terror təşkilatı DEAŞ-dan təmizləyə və bölgənn həqiqi sahibi olan rakkalılara təhvil verə bilərik" dedi.
 
 Çavuşoğlu Türkiyə- Amerika Birləşmiş Ştatları münasibətlərinin son vəziyyətini  dəyərləndirərək Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısının Türkiyəyə təhvil verilməməsinin əlaqələrə mənfi təsir etdiyini vurğuladı,  müttəfiq ölkənin Suriyada YPG-yə dəstək verməsinin yolverilməz olduğunu dedi.
 
Xarici işlər naziri ABŞ-dakı rəhbərliklə yeni bir səhifə açmaq istədiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr