Hulusi Akar Əl Bab əməliyyatı barədə açıqlama verdi

Türkiyə Silahlı Qüvvələrinn Baş qərargah rəisi general Hulusi Akar Əl Bab əməliyyatında planlaşdırılan hədəflərin əldə olunduğunu bildirdi.

679800
Hulusi Akar Əl Bab əməliyyatı barədə açıqlama verdi

Türkiyə Silahlı Qüvvələrinn Baş qərargah rəisi general Hulusi Akar Əl Bab əməliyyatında planlaşdırılan hədəflərin əldə olunduğunu bildirdi.
 
 Akar "Fərat Qalxanı" əməliyyatının idarə olunduğu Kilis əməliyyat mərkəzində çıxış edərək: " Bundan sonrakı prosesdə həyatın normallaşdırılması və yerli xalqın təhlükəsiz şəraitdə evlərinə dönmələri üçün hər növ dəstək təmin olunacaqdır" dedi.
 
 Akar əməliyyatın ilkin mərhələsində Cerablus Er Rai, Dabık və Suran bölgələrinin qısa müddətdə terror təşkilatlarından təmizlənərək nəzarət altına alındığını söylədi.
 
 Baş qərargah rəisi daha sonra Əl Bab əməliyyatının başladığını, bunun asimmetrik bir mübarizə olduğunu, ehtiyatlı bir şəkildə həyata keçirildiyini qeyd etdi.
 
 



Әlaqәli Xәbәrlәr