Bağdadda törәdilәn partlayışlar 11 nәfәrin hәyatına son qoyub

İraqın paytaxtı Bağdadda  baş verәn  partlayış vә zorakılıq hadisәlәri  nәticәsindә  11 nəfər  hәlak olub,  22 nəfər dә  yaralanıb.

679311
Bağdadda törәdilәn  partlayışlar 11 nәfәrin hәyatına son qoyub

İraqın paytaxtı Bağdadda  baş verәn  partlayış vә zorakılıq hadisәlәri nәticәsindә  11 nəfər  hәlak olub,  22 nəfər dә  yaralanıb.

Bu barәdә Bağdad Polis İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә,  tәhlükәsizlik qüvvәlәri Әt-Tarimiyyә  rayonunda  üç silahlının  yaşadığı evi mühasirәyә alıb.

Hadisә zamanı  bir silahlının  üzәrindәki partlayıcı qurğunu işә salması nәticәsindә 3 nәfәrin öldüyü,  5 nәfәrin isә yaralandığı bildirilib.

Digәr iki silahlının isә tәhlükәsizlik qüvvәlәri tәrәfindәn  öldürüldüyü qeyd olunub.

Әr-Rıdvaniyyә bölgәsindәki bazarda törәdilәn partlayışda isә 2 nәfәr ölüb, 11 nәfәr xәsarәt alıb.

Әl-Xan  bölgәsindә hәyata keçirilәn hücum nәticәsindә dә 2 nәfәr hәlak olub, 6 nәfәr yaralanıb.

Әldә olunan mәlumata  görә, Cәrf әn- Nәddaf  bölgәsindә isә  odlu silahla öldürülmüş bir gәncin cәsәdi tapılıb.



Әlaqәli Xәbәrlәr