Suriya üzrə sülh danışıqlarının yeni mərhələsi bu gün başlayır

Bu gün  Suriya  böhranının hәlli ilә bağlı  İsveçrәnin Cәnәvrә şәhәrindә növbәti sülh  danışıqları başlayır.

678171
Suriya üzrə sülh danışıqlarının yeni mərhələsi bu gün başlayır

Mәlumata görә,  görüşdә atәşkәs  vә  yeni konstitusiyanın tәrtib edilmәsi mәsәlәlәri gündәmdә olacaq.

Cәnәvrәyә gedәn müxalifәt heyәti Bәşәr Әsәd rejimi ilә birbaşa  görüşmәyi vә müzakirәlәr aparmağı tәlәb edib.

Bu barәdә Suriya müxalifәtinin sözcüsü Sәlim Әl-Muslat mәlumat verib.

Sәlim Әl-Muslat : ‘‘Növbәti iclasın әvvәlki Cәnәvrә danışıqları kimi olmasını istәmirik’’ deyib.

Qeyd edәk ki,  Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi elçisi Steffan de Mitsura  verdiyi açıqlamada  Rusiyanın Suriyanı danışıqlar müddәtindә  bombardmanları dayandırmağa  çağırdığını bildirib.

Onun sözlərinə görə, bu addım Suriyada atəşkəs rejiminin davamlılığına kömək edəcək.



Әlaqәli Xәbәrlәr