İsrailin müdafiə naziri Aviqdor Liebermandan qalmaqallı müsahibə

İsrailin müdafiə naziri Aviqdor Lieberman İsrail mediasına verdiyi müsahibədə işğal etdiyi Fələstin torpaqlarında əhalinin kütləvi şəkildə yerdəyişdirilməsini istədiklərini bildirdi.

671329
İsrailin müdafiə naziri Aviqdor Liebermandan qalmaqallı müsahibə

İsrailin müdafiə naziri Aviqdor Lieberman İsrail mediasına verdiyi müsahibədə işğal etdiyi Fələstin torpaqlarında əhalinin kütləvi şəkildə yerdəyişdirilməsi ilə bağlı istəklərini səsləndirdi.
 
 "Etnik cəhətdən təmiz yəhudi dövləti" ifadəsini işlətməkdən çəkinməyən nazir  fələstinlilərin 1967-ci ildə yaşadıqları torpaqlarından çıxmasını istədi.
 
 Liberman "etnik baxımdan təmiz bir İsrail dövlətinin qurulması üçün bütün İsraillilər İordan çayının qərbinə köçürülməlidirlər" ifadəsini işlətdi.
 
 Liberman işğal altındakı topraqlarda 65%-i təcili inşa siyahısında olan 5 min 500 yeni yaşayış məntəqəsinin tikilməsindən razi qaldığını da dilə gətirdi.



Әlaqәli Xәbәrlәr