DEAŞ üzvü daha 13 terrorçu məhv edildi

“Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən də terror təşkilatı DEAŞ üzvü 13 terrorçu məhv edildi.

674417
DEAŞ üzvü daha 13 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə davam etdirilən “Fərat Qalxanı” əməliyyatı çərçivəsində dünən də terror təşkilatı DEAŞ üzvü 13 terrorçu məhv edildi.

178 gündür davam edən “Fərat Qalxanı” əməliyyatı çərçəvisində Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusu qüvvələri ilə Əl-Babdakı terror hədəfləri ilə minalanmış yerlərin təmizlənməsi üçün fəaliyyətlər davam etdirilir.

Dünən davam edən əməliyyatlarda 70 hədəf qurudan, 8 hədəf isə havadan vurulub. Bu zaman 13 DEAŞ mənsubu terrorçu məhv edilib, müxtəlif silah-sursat anbarları, iş maşını və sığınacaq yerləri dağıdılıb.

Koalisiya qüvvələri tərəfindən həyata keçirilən hava əməliyyatında isə bomba yerləşdirilmiş maşın vurulub.



Әlaqәli Xәbәrlәr