Birgə komissiya qurulacaq

Tərəflər texniki sahədə danışıqları paytaxt Ankarada davam etdirəcəklər.

674169
Birgə komissiya qurulacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya mövzulu növbəti yığıncaqda Türkiyə, Rusiya və İran atəşkəs qərarının dəstəklənməsi üçün birgə komissiya qurulmasına dair qərar qəbul edib.

Tərəflər texniki sahədə danışıqları paytaxt Ankarada davam etdirəcəklər.

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev təşkil etdiyi mətbuat konfransında ortaq komissiya yaradılması qərarının əhəmiyyətinə toxunaraq, "Bu ortaq qrup xüsusilə atəşkəsin izlənilməsini təmin edəcək və nəzarət edəcək. Bundan başqa siyasi proseslə əlaqəli də müxtəlif fəaliyyətləri olacaq.”-deyə bildirib.

Lavrentiev rejim ilə müxalifət heyətinin çalışma qrupları ilə konstitusiyada həyata keçiriləcək islahatlar mövzusunda danışdıqlarını irəli sürüb. O deyib ki, tərəflər indilik bəyanat vermirlər, ancaq bu görüşlərin tərəflərin mövqelərini bir-birinə  yaxınlaşdıracağına inanırıq.

Müxalifət adından açıqlama verən Məhəmməd Alluş da görüşlərdə atəşkəs pozuntularına nəzarət mexanizmi və məhkumların azad buraxılması mövzularını müzakirə etdiklərini söyləyib.

Alluş bildirib ki, mexanizm fəaliyyətlərinin Ankarada davam etdirilməsi barədə qərara gəldik.

Danıqışlarda iştirak edən Bəşər Əsəd rejiminin BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri isə təşkil etdiyi mətbuat konfransında deyib ki, Astanada keçirilən danıqışlar İsveçrənin Cenevrə şəhərində keçiriləcək müzakirələr üçün önəmli addımdır. Danışıqlar xeyli səmərəli oldu.

Xatırladaq ki, Astana danıqışlarının birincisi Türkiyə və Rusiya başçılığında 23-24 yanvarda keçirildi.

İki ölkənin zaminliyində dekabrın 30-da elan edilən atəşkəsin gücləndirilməsini müzakirə etmək məqsədi ilə yığıncaq keçirən heyətlər atəşkəsə nəzarət etmək üçün İranın da daxil olduğu üçtərəfli mexanizm qurulması barədə razılıq əldə etdi.

Fevralın 6-da baş tutan yığıncaqda isə üçtərəfli mexanizmlə əlaqəli texniki məsələlər müzakirə edilmişdi.



Әlaqәli Xәbәrlәr