Qətərdə Türk məktəbi açıldı

Qətərdə, prezident Rəcəb Tayyib Ərdoğanın təlimatıyla inşa edilən Doha səfirliyi Türk Məktəbi, Prezidentin baş katibinin müavini və sözçüsü İbrahim Kalının iştirak etdiyi açılış mərasimiylə  istifadəyə verilib.

673180
Qətərdə Türk məktəbi açıldı

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə açılış mərasimində çıxış edən İbrahim Kalın, layihənin Türkiyə-Qətər arasındakı  mövcud  əlaqələrin    daha  da  güclənməsinə    töhvə   verəcəyini, təhsil müəssisəsinin Qətərdə yaşayan Türkiyə və digər ölkələrin vətəndaşlarının övladlarına xidmət çatdıracağını bildirib.

Tikinti işləri İki ildə tamamlanan 250 şagird tutumlu məktəb, Milli Təhsil Nazirliyi proqramı çərçivəsində fəaliyyət  göstərir.

10 min kvadrat metr ərazi üzərində tikilən məktəbdə, ilk və orta məktəb şagirdləri təhsil alırlar. Müasir laboratoriya, kitabxana və idman sahələrin də olduğu məktəbdə 15 müəllim 2 məmur olmaqla 22 nəfər işləyir.

Tikinti işləri TAV İnşaat şikəti tərəfindən aparılan məktəb üçün 20 milyon Lirə xərclənib.



Әlaqәli Xәbәrlәr