Astanada aparılacaq Suriya danışıqları təxirə salındı

Qazaxıstanın paytaxtı Astanada bu gün üçün nəzərdə tutulan  Suriya danışıqlarının ikinci raundunun tarixi dəyişdirildi.

672909
Astanada aparılacaq Suriya danışıqları təxirə salındı

Qazaxıstanın paytaxtı Astanada bu gün üçün nəzərdə tutulan  Suriya danışıqlarının ikinci raundu sabaha, fevralın 16-a keçirildi.
 
 Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyə, Rusiya və İrandan nümayəndə heyətlərinin qatılacağı danışıqlar bir gün gecikəcək.
 
Danışıqlar suriyalı müxaliflər Astanaya gəlib çatmadığı üçün təxirə salınıb.
 
 Qeyd edək ki, Suriyada 6 ildir davam edən vətəndaş müharibəsinə son qoymaq üçün təminatçı ölkələr olanTürkiyə və Rusiyanın təklifi ilə Astanada başlayan və atəşkəsi təmin etmək, Cenevrədə aparılan sülh danışıqlarına zəmin hazırlamaq məqsədilə keçirilən görüşlərin ilk raundu yanvarın 23-24-də keçirilib.



Әlaqәli Xәbәrlәr