Tel Abyadda partlayış olub

Suriyanın Rəqqa şəhərinə bağlı Tel Abyad rayonunda şiddətli partlayış olub. Ölü və yaralıların olduğu bildirilib.

669425
Tel Abyadda partlayış olub

Yerli mənbələrin məlumatına görə, terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-nin nəzarətində olan Tel Abyad qəsəbəsinin mərkəzində bomba ilə təchiz edilmiş bir avtomobil təşkilata məxsus bir qərargahın yaxınında partladılıb.

Suriya sərhədindəki Şanlıurfanın Akçakalə rayonundan da eşidilən partlayışdan sonra sərhəddə əlavə təhlükəsizlik tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr