İran təkzib etdi

İran Müdafiə Naziri Hüseyn Dehkan, ölkəsinin yeni balistik raket sınağı keçirdiyinə dair iddiaları təkzib edib.

669028
İran təkzib etdi

Müdafiə naziri Dehkan, yeni raket sınağı keçirdiyimizi irəli sürən Amerika Fox News televiziya kanalının xəbərinin məsnədsiz olduğunu ifadə edərək: Bu ittihamlar İrana istiqamətli psixoloji döyüşün bir parçasıdır” deyə vurğulayıb.

Fox News televiziya kanalı İranın, daha bir balistik raket sınağı keçirdiyini irəli sürmüşdü. Telekanal, adını gizlətdiyi Amerikalı bir rəsmiyə istinad etdiyi xəbərdə, 35 kilometr mənzilə sahib Mirsad tipli raket sinaq edildiyini bildirmişdi.

Xatırladaq ki, 29 Yanvarda İranın balistik raket sınağı keçirdiyinə görə Amerika Birləşmiş Ştatları (ABŞ), Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını fövqəladə yığıncaqa dəvət etmişdi.



Әlaqәli Xәbәrlәr