“Fərat Qalxanı” əməliyyatında terror təşkilatı DEAŞ üzvü daha 13 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalındakı teror hədəflərinə istiqamətli həyata keçirilən “Fərat Qalxanı” əməliyyatında terror təşkilatı DEAŞ üzvü daha 13 terrorçu məhv edilib.

665794

Əməliyyatın 167-ci günündə əməliyyat çərçivəsində müəyyənləşdirilən DEAŞ-a məxsus 256 hədəfə qurudan atəş edilib.

Terrorçular tərəfindən istifadə edilən sığınacaq yerləri, müdafiə düşərgələri, nəzarət məntəqələri, silah və texnikalara nəzarət edilərək, Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən Bab və Bzagah bölgələrində terror təşkilatı DEAŞ-a məxsus 65 hədəfə qarşı hava əməliyyatı həyata keçirilib.

Əməliyyat nəticəsində terrorçuların olduğu 59 bina, 4 qərargah binası və 2 nəzarət məntəqəsi məhv edilib.

Hava əməliyyatı və toqquşmalarda DEAŞ üzvü 13 terrorçu zərərsizləşdirilib, 8-i isə yaralanıb.

Әlaqәli Xәbәrlәr