İran ABŞ idmançılarını yarışa qoymayacaq

İran “Dövlətlərarası əlaqələrdə məruz qalınan davranışa eyni şəkildə qarşılıq vermə prinsipi”ni əsas götürdüyünü bildirib.

665121
İran ABŞ idmançılarını yarışa qoymayacaq

  İran rəhbərliyi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlman yeddi ölkənin vətəndaşlarına qoyduğu viza qadağasına qarşılıq olaraq Kirmanşah şəhərində keçiriləcək Sərbəst Güləş üzrə Dünya Kubokuna ABŞ idmançılarının qatılmasına icazə verməyəcəyini açıqlayıb.

  İran Güləş Federasiyası tərəfindən Beynəlxalq Güləş Federasiyaları Birliyi (FILA) prezidenti Nenad Laloviçe xitab olaraq yazılan məktubda 16-17 fevral tarixlərində Kirmanşahda keçiriləcək Sərbəst Güləş üzrə Dünya Kubokuna ABŞ-ın yerinə başqa komanda daxil edilməsi istənilib.

  Tramp rəhbərliyinin viza məhdudlaşdırmasının “diplomatiyadan uzaq, əxlaq və insanlıq xarici qərar” adlandırıldığı məktubda “Dövlətlərarası əlaqələrdə məruz qalınan davranışa eyni şəkildə qarşılıq vermə prinsipi”ni əsas götürən İran hökuməti ABŞ komandasının turnirə qatılmasına icazə verməyəcəyini bildirib.

  Qeyd edək ki, 2017 Sərbəst Güləş üzrə Dünya Kubokuna ABŞ-dan başqa, İran, Türkiyə, Rusiya, Azərbaycan, Hindistan, Gürcüstan və Monqolustan komandaları qatılacaq.

  Xatırladaq ki, ABŞ prezidenti Tramp 27 yanvarda imzaladığı fərmanla suriyalı qaçqınların ABŞ-a gəlişini dayandırıb, İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının da 90 gün ərzində ölkəyə girişini qadağan edib.



Әlaqәli Xәbәrlәr