Suriya sülh danışıqları təxirə salındı

S.Mistura “Suriya üçün həll axtarışları” konfransında qeyd edilən müsbət proseslərin Cenevrədə davam etdiriləcəyini söyləmişdi.

663894
Suriya sülh danışıqları təxirə salındı

  Suriya sülh danışıqları 20 fevrala təxirə salındı. Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura İsveçrənin Cenevrə şəhərində 8 fevralda keçirilməsi planlaşdırılan görüşün 20 fevrala təxirə salındığını açıqladı.O, 8 fevralda təşkil edilməsi gözlənilən yığıncağın 20 fevralda reallaşdırılması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib.

  Suriyanın Türkiyə üzrə səfiri Riyad Haddad da Misturanın danışıqları fevral ayının sonunda təşkil etmək üçün səy göstərdiyini söyləyib.

  Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İranın iştirakıyla təşkil edilən “Suriya üçün həll axtarışları” konfransında qeyd edilən müsbət proseslərin Cenevrədə davam etdiriləcəyini söyləmişdi.


 



Әlaqәli Xәbәrlәr