ABŞ İranın orta mənzilli ballistik raket sınağı keçirdiyini irəli sürüb

Amerikalı rəsmilərdən biri raket sınağının Tehrana 200 kilometrə yaxın məsafədəki Səmnan şəhəri ərazilərində keçirildiyini bildirib.

662078
ABŞ İranın orta mənzilli ballistik raket sınağı keçirdiyini irəli sürüb

Amerikalı rəsmilərdən biri raket sınağının Tehrana 200 kilometrə yaxın məsafədəki Səmnan şəhəri ərazilərində keçirildiyini bildirib.

Raketin istənilən hədəfə çatmadan təqribən min km sonra partladığı ifadə edilib.

Vaşinqton tərəfindən verilən açıqlamada oxşar tipli bir raketin ən son 2016-cı il iyun ayında fırladıldığı qeyd edilib.

İranın raket sınağından xəbərləri olduğunu bildirən Ağ Evin sözçüsü  Şan Spaysır (Sean Spicer) isə mövzu haqqında təfərruatlı məlumat verməyib.

BMT Baş Assambleyası da İranın raket sınağından sonra təcili toplantı qərarı qəbul edib.

BMT təhlükəsizlik Şurasının 2015-ci ildəki qərarında İranın 8 il müddətində nüvə silah daşıya biləcək səviyyədə ballistik raket fəaliyyətləri aparmasına qadağa qoymuşdu.

Qərara əsasən, 5 il də klassik ağır silah satışının məhdudiyyəti davam edəcək. Bu müddətdə ölkələr ancaq BMT Təhlükəsizlik Şurasından əvvəl icazə veriləcəyi təqdirdə İrana ballistik raket texnologiyası və klassik silah verə biləcək.

Buna icazə verilməsi üçün BMT  Təhlükəsizlik Şurasının qərarının olması, Şurada veto hüquqları olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransaya İrana silah və raket satılmasını tək  başlarına mane olma imkanı yaradır. ABŞ bu satışlara mane olacağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr