PYD mənsubu teroristlər dinc sakinlərə hücum ediblər

Suriyada terror qruplaşması PYD mənsubu quldurlar, Cerablusdan Siyu kəndinə qayıdmaq istəyən dinç sakinlərə atəş açıb. Hadisədə 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

660209
PYD mənsubu teroristlər dinc sakinlərə hücum ediblər

Fərat Çayının şərqindəki Siyu kəndi və ətrafını terror təşkilatı DEAŞ-dan qorumaq istədiklərini irəli sürən PYD mənsubu teroristlərin bölgədə yerləşmələri səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 10 mindən çox Ərəb mənşəli Suriyalı Cerablus-a sığınmışdı. Onlan, terror təşkilatı DEAŞ təhdidinin sona çatmasıyla sosial media vasitəsilə bir araya gələrək yenidən evlərinə qayıdmaq üçün hərəkətə keçiblər. Ancaq aralarında qadın ilə uşaqların da olduğu 100-ə qədər dinç sakin, An Nasiriyah bölgəsində PYD mənsubu teröristlerin hücumuna məruz qalıblar. Hadisədə nəticəsində 7 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr