Suriyalı müxalif Usame Əbu Zeyd: "Biz təkcə sözləri deyil, əməlləri gözləyirik"

Qazaxıstanın paytaxtı Astanada Suriya danışıqlarında qatılan müxaliflərdən Usame Əbu Zeyd Rusiya nümayəndə heyəti ilə dünən aparılan danışıqlara toxunaraq, Rusiyadan atəşkəs məsələsi ilə bağlı addım atacaqlarına dair öhdəlik aldıqlarını dedi.

657999

 Usame Əbu Zeyd:"Biz təkcə sözləri deyil, əməlləri gözləyirik" dedi.
 
 Bu gün də dekabrın 30-da elan edilən atəşkəsin davam etməsi üçün müzakirələrə davam edəcəklərini bildirən Əbu Zeyd:"Bu ana qədər yekun bəyannaməsinin mətni üzərində müzakirələr oldu. Biz mətni görməmişik. Bu səbəbdən mətn rəsmi şəkildə əlimizə keçənə qədər bir şərh verə bilmərik. Sosial mediaya sızdırılmış xəbərə görə, o mətn bizim üçün yekun bəyanat deyil" dedi.
 
 Türkiyə, Rusiya və Qazaxıstan toplantının müvəffəqiyyət əldə etməsi üçün nə lazımdırsa edirlər" ifadəsini işlədən Əbu Zeyd: " Müvəffəqiyyət üçün konkret addımların atılması lazımdır. Bunun önündəki ən böyük maneə rejim tərəfindən ölkənin müxtəlif yerlərində atəşkəsin pozulması hallarının davam etdirilməsi və xalqın deportasiya edilməsidir. Xüsusilə, Barada Vadisi kimi yerlərdə xalq "sizi İdlibə göndərəcəyik" təhdidlərinə məruz qalır" deyə danışdı.
 
 Toplantının müddəti haqqında verilən suala Əbu Zeyd:"Biz buraya hədəf üçün gəlmişik. Toplantının müddəti təminatçı ölkələrin təşəbbüsündədir. Bizim üçün əhəmiyyətli olan hədəfimizi əldə etməkdir" dedi.
 
Suriyada 6 illik vətəndaş müharibəsində silahlı müxalifət, rejim, İran və Rusiyanın ilk dəfə beynəlxalq bir toplantıda bir araya gəlməsi baxımından mühüm əhəmiyyət daşıyır

Әlaqәli Xәbәrlәr