Rusiya və Türkiyənın Hərbi Hava Qüvvələri DEAŞ-a qarşı birgə əməliyyat keçirdilər

Rusiya və Türkiyənin Hərbi Hava Qüvvələri Hələb şəhərindəki Əl Bab yaşayış məntəqəsi yaxınlığında terör təşkilatı DEAŞ hədəflərinə qarşı birgə əməliyyat keçirdilər.

657627

Rusiya Müdafiə Nazirliyindən əməliyyatla bağlı verilən məlumatda:" 21 yanvar 2017-ci ildə Rusiya Kosmik Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri Hələb bölgəsindəki Əl Bab yaşayış məntəqəsi yaxınlığındakı DEAŞ hədəflərini məhv etmək məqsədi ilə yeni birgə hava əməliyyatı keçirdilər" ifadələrinə yer verilir.
 
 Məlumatda əməliyyatın Suriya rəhbərliyi ilə  koordinasiyalı şəkildə həyata  keçirildiyi, 3 rus və 4 Türk döyüş təyyarəsi ilə 22 hədəfin vurulduğu qeyd edilir.

Әlaqәli Xәbәrlәr