“Rejimin təzyiqlərindən xilas olmanın yeganə yolu inqilabdır”: Misir İnqilab Şurası

Misir İnqilab Şurası, 25 yanvarda həyata keçirilən hərbi çevrilişin 6-cı il dönümündə, mövcud rejimə təzyiq tətbiq etmək məqsədi ilə ‘Vətəndaş itaətsizlik’ çağırışı edib.

656923
“Rejimin təzyiqlərindən xilas olmanın yeganə yolu inqilabdır”: Misir İnqilab Şurası

Misir xaricindəki müxaliflər tərəfin yaradılan İnqilab Şuranın İstanbulda təşkil etdiyi mətbuat konfransına Misir parlamentinin keçmiş millət vəkilləri və siyasətçilər qatılıb.

Konfransda “hərbi çevrilişə qarşı hər cür sülhpərvər xalq müqavimətini hərəkətə keçirmək üçün” Misir xalqına, küçələr və meydanlarda müqavimət göstərən qruplara qatılmaları haqqında çağırış edilib.

Şuranın rəhbəri Meha Azzam, Anadolu Agentliyinin (AA) müxbirinə verdiyi açıqlamada: “Misirdəki hərbi rejimlə siyasi həll mövzusunda razılaşmaq, rejimin diktatorluğuna boyun endirmək olar. Bu səbəblə rejimin zülmündən xilas olmanın yeganə yolu inqilabdır. Dinç sakinlərin rejimə qarşı itaətsizliyi, bir növ inqilab hesab edilir. Bu, ordunun rəhbərlik üzərindəki hakimiyyəti qarşısında təsirli olabiləcək həll yoludur” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr