"Atəşkəs təmin edilmədiyi müddətdə ikinci addım atılmayacaq", M. Alluş

“Ceyş əl-İslam”ın nümayəndəsi Məhəmməd Alluş  atəşkəs təmin edilmədiyi müddətdə ikinci addımı atmayacaqlarını bildirib.

657357
"Atəşkəs təmin edilmədiyi müddətdə ikinci addım atılmayacaq", M. Alluş

Astana danışıqlarında müxalifətin əsas təmsilçisi hesab olunan “Ceyş əl-İslam”ın nümayəndəsi Məhəmməd Alluş  atəşkəs təmin edilmədiyi müddətdə ikinci addımı atmayacaqlarını bildirib.

Alluş Astanada danışıqların ilk hissəsindən sonra çıxış edərək deyib ki, siyasi həll yolu müzakirə edilmədən əvvəl dəqiq atəşkəs təmin edilməlidir.  Bu olmadan ikinci addım atılmayacaqdır. Mühasirədə saxlanılan bölgələrdəki humanitar vəziyyətin yaxşılaşdırılması və rejim həbsxanalarında heç bir aksiyada iştirak etmədiyi halda məhkum tutulan 13 min qadın ilk mərhələdə azad buraxılmalıdır. Həqiqi siyasi həll yolu Əsəd və onu dəstəkləyənlərin ölkədən ayrılması ilə mümkün olacaqdır.

İranın nəzarətindəki milislərin mövcudluğunun da “İran milislərinin Şərqi Quta və Barada vadisində nə işi var?” deyərək tənqid edən Alluş bildirib ki, PYD-nin (terror təşkilatı PKK-nın Suriyadakı davamı) İran milislərinin DEAŞ-dan fərqi yoxdur. Bu qrupların da terror siyahısına salınması vacibdir.

Suriyadakı toqquşmaların dayandırılması məqsədi ilə hərbi müxalifət, Bəşər Əsəd rejimi, Türkiyə, Rusiya, İran və ABŞ heyətləri Qazaxıstanın paytaxtı Astanada bugün bir araya gəlib.

Müxalifət adından stol arxasında 14 nəfərdən ibarət hərbi heyət oturub.

Türkiyə vaxtı ilə saat 11.00 radələrində start alan yığıncaqda ilk hissə başa çatıb.

İkinci hissə tərəflər arasında vasitəli şəkildə davam edir.



Әlaqәli Xәbәrlәr