ABŞ, Suriya ilə bağlı Astanada keçiriləcək danışıqlara dəvət  edilib

Rusiya, İranın müxalifət etməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatlarını 23 Yanvarda Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan Suriya danışıqlarına rəsmi olaraq dəvət edib.

655188
ABŞ, Suriya ilə bağlı Astanada keçiriləcək danışıqlara dəvət  edilib

Rusiya xarici işlər naziri Sergey Lavrov, Astanada reallaşacaq tarixi Suriya zirvəsi üçün ABŞ-a dəvət göndərildiyini bildirib.

Tehran rəhbərliyi, Moskvanın əksinə ABŞ-ın suriya danışıqlarında olmasını istəmir.

Türkiyə və Rusiyanın səyi nəticəsində 30 Dekabrda Suriyada elan edilən atəşkəs qüvvədədir. Astana sammiti isə proseslə əlaqəli ikinci addım hesab edilir. Suriyalı müxaliflər və Dəmeşq rəhbərliyi isə sammitdə iştirak edəcəklərini daha əvvəl bildirmişdilər.

Qeyd edək ki, elan edilən atəşkəs, DEAŞ və Əl Nusra kimi terror qruplaşmalarını əhatə etmir.



Әlaqәli Xәbәrlәr