Rəsmi Tehran Rusiyanın dəvətinin əleyhinədir

Rəsmi Tehran Rusiyanın ABŞ-na etdiyi dəvətin əleyhinə olduğunu elan edib.

653652
Rəsmi Tehran Rusiyanın dəvətinin əleyhinədir

İran Qazaxıstanın paytaxtı Astanada yanvarın 23-də  keçiriləcək Suriya görüşlərində ABŞ-ın iştirak etməsini istəmir.

Rəsmi Tehran Rusiyanın ABŞ-na etdiyi dəvətin əleyhinə olduğunu elan edib.

İranın xarici işlər naziri Cavad Zərif Vaşinqton rəhbərliyinin masada olmasının əleyhinə olduqlarını açıqlayıb.

Zərif deyib ki, biz onları dəvət etmədik və masada olmalarının əleyhinəyik.

Türkiyə və Rusiyanın başçılığında Astanada keçiriləcək görüşlər Suriyada dekabrın 30-da elan edilən qısmi atəşkəsdən sonra sülh yolunda atılacaq ikinci addım kimi dəyərləndirilir.

Görüşlərdə Əsəd qüvvələri ilə müxalifət arasında razılıq təmin edilməsi planlaşdırılır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün yaydığı açıqlamada ABŞ-nı da Astanaya dəvət etmiş və Tramp hakimiyyəti ilə ilk təmasın Astanada reallaşa biləcəyini bildirmişdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ın Astana görüşlərində iştirak etməsi barədə Rusiya ilə həmfikir olduqlarını söyləmişdi.



Әlaqәli Xәbәrlәr