Kıbrıs probleminin həlli ilə əlaqəli beştərəfli konfrans keçirilir

Kıbrıs müzakirələrində “Təhlükəsizlik və zəmanətlər” mövzusunun müzakirə olunduğu beştərəfli konfrans bugün İsveçrənin Mont Pelerin qəsəbəsində davam etdiriləcək.

653643
Kıbrıs probleminin həlli ilə əlaqəli beştərəfli konfrans keçirilir

Kıbrıs müzakirələrində “Təhlükəsizlik və zəmanətlər” mövzusunun müzakirə olunduğu beştərəfli konfrans bugün İsveçrənin Mont Pelerin qəsəbəsində davam etdiriləcək.

9-12 yanvarda Cenevrədə qəbul edilən qərara əsasən, bugünkü konfrans Kıbrısdakı tərəflər və zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə texniki heyətlər səviyyəsində baş tutacaq.

Beştərəfli konfransda Kıbrıs Türk tərəfini müzakirəçi Özdil Nami başçılığındakı qrup, Türkiyəni isə Xarici İşlər Nazirliyinin məsləhətçisi, səfir Əhməd təmsil edəcək.

Texniki heyətlərin iştirakı ilə keçiriləcək görüşlərdən sonra ayın axırında təşkil ediləcəyi gözlənilən xarici işlər nazirləri səviyyəsindəki beştərəfli konfransda prosesi axıra çatdıracaq yekun qərara gəlinməsi nəzərə alınıb.  

Qeyd edək ki, Kıbrısda müzakirələr Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncının vəzifəyə başlamasının ardından BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Aydenin vasitəçiliyində 2015-ci il mayın 15-də yenidən start almışdı.

Cenevrədə keçirilən intensiv müzakirələrdən sonra yanvarın 12-də Kıbrısdakı tərəflər və üç zamin ölkə nümayəndələrinin iştirakı ilə baş tutan konfransa Yunanıstanın istəyi nəticəsində yanvarın 18-dək fasilə verilmişdi.

Kıbrıs müzakirələri İqtisadiyyat, Avropa İttifaqı, Mülkiyyət, Hakimiyyət-gücün bölgüsü, Torpaq ilə Təhlükəsizlik və Zəmanətlər olmaqla 6 əsas başlıqdan ibarətdir.



Әlaqәli Xәbәrlәr