“Fərat Qalxanı” əməliyyatında daha 20 terrorçu zərərsizləşdirildi
Fərat Qalxanı” əməliyyatının 147-ci günündə terror təşkilatı DEAŞ üzvü 20 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın şimalındakı terror hədəflərinə qarşı davam edən “Fərat Qalxanı” əməliyyatının 147-ci günündə terror təşkilatı DEAŞ üzvü 20 terrorçu zərərsizləşdirilib.
TSQ-dan verilən məlumata əsasən DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidə son qoyaraq sərhəd ərazilərində təhlükəsizliyi artırmaq və koalisiya qüvvələrinə dəstək olmaq məqsədi ilə Suriyanın şimalına istiqamətli 24 avqustda başlanılan hərəkat davam etdirilir.
Əməliyyatın 147-ci günündə terror təşkilatı DEAŞ-a məxsus 106 hədəf tank, top, haubitsa, çox lüləli raketvuranlarla məhv edilib.
Hava Qüvvələri Komandirliyinə məxsus qırıcılar da Əl Babdakı terror təşkilatına məxsus 10 hədəfə qarşı əməliyyat həyata keçirib və snayper mərkəzləri ilə top istehsal edilən mərkəz vurulub.
Əməliyyatın başlandığı gündən bəridir ümumilikdə basdırılmış əl istehsalatı olan 2 min 941 partlayıcı ilə 43 mina nəzarət edilərək zərərsizləşdirilib.
Әlaqәli Xәbәrlәr

Bağdad hava limanı raket atәşinә tutulub
Bu barәdә İraq Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.