Riyadda “Fərat Qalxanı” əməliyyatına dəstək olunacağına dair qərar qəbul edildi

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən “DEAŞ ilə mübarizə ittifaqı” yığıncağında Türkiyənin “Fərat Qalxanı” hərəkatına dəstək olunacağına dair qərar qəbul edilib.

652306
Riyadda “Fərat Qalxanı” əməliyyatına dəstək olunacağına dair qərar qəbul edildi

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən “DEAŞ ilə mübarizə ittifaqı” yığıncağında Türkiyənin “Fərat Qalxanı” hərəkatına dəstək olunacağına dair qərar qəbul edilib.

Yığıncağa Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarla yanaşı daha 13 ölkənin ordu generalları qatılıb.

İştirakçılar yayımladıqları birgə bəyannamədə Türkiyə tərəfindən Suriyada terror təşkilatı DEAŞ-a qarşı avqustun 24-dən bəridir davam etdirilən “Fərat Qalxanı” əməliyyatına dəstək verildiyini bildirərək vurğulayıblar ki, yığıncaqda terror təşkilatı DEAŞ-ın məhv edilməsi cəhdlərini davam etdirmə və hər ölkənin DEAŞ-a qarşı beynəlxalq mübarizədə gücünün çatdığı səviyyədə iştirak edəcəyinə dair razılıq əldə olundu.

Bəyannamədə beynəlxalq terrora qarşı aparılan mübarizədə iştirak və dəstək üçün çağırış edilib və DEAŞ ilə mübarizənin çərçivəsi ilə mövcud vəziyyətdə ehtiyac duyulan addımların ordu generalları və heyətləri arasında müzakirə edildiyi və fikir mübadiləsi aparıldığı bildirilib.

Bəyannamədə o da vurğulanıb ki, toplantıda iştirak edən bütün ölkələr DEAŞ-ın bölgə və beynəlxalq ictimaiyyət cəhətdən təhdid olduğu düşüncəsindədir. Din, irq, ənənə, siyasi düşüncəyə baxmadan günahsız və dinc insanlara qarşı DEAŞ-ın həyata keçirdiyi qətliamlar və insan hüquqlarının pozuntusu pisləndi. İşlənən cinayətlər “insanlığa qarşı cinayətdir” və iştirakçı ölkələr bunlarla hər sahədə və səviyyədə mübarizə etməsi və işlənən cinayətlərin yeni coğrafiyalara aparılmasının qarşısının alınması da vacibdir.



Әlaqәli Xәbәrlәr