Dəməşqdəki hərbi hava limanı İsrailin hava raket zərbələrinə məruz qalıb

Suriya ordusu Dəməşqdəki Məzzəh hərbi hava limanının İsrail qırıcıları tərərfindən vurulduğunu açıqlayıb.

650281
Dəməşqdəki hərbi hava limanı İsrailin hava raket zərbələrinə məruz qalıb

Suriya ordusu Dəməşqdəki Məzzəh hərbi hava limanının İsrail qırıcıları tərəfindən vurulduğunu açıqlayıb.

Ölkənin rəsmi televiziya kanalı “SANA” ümumilikdə Cümhuriyyət Mühafiz Birliyi tərəfindən istifadə olunan, böyük hərbi əhəmiyyətə malik hava limanının ilk olaraq Dəməşqin üsyançılar tərəfindən nəzarət edilən bölgələrindən atəşlənən raketlərlə hədəf götürüldüyünü bildirib.

Daha sonrakı xəbərlərdə hava hücumlarının İsrail ordusu tərəfindən edildiyi açıqlanıb.

Suriya ordusu da İsrailin hücumlarını təsdiqləyib.

İsrail tərəfi isə indiyədək buna dair hər hansı açıqlama yaymayıb.



Әlaqәli Xәbәrlәr