Cenevrədə həssas başlıqlardan biri olan torpaq məsələsi çərşənbə günü müzakirə ediləcək

BMT-nin nəzarətində keçirilən müzakirələr Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadisin iştirakı ilə bugün İsveçrənin Cenevrə şəhərində davam etdiriləcək.

646929
Cenevrədə həssas başlıqlardan biri olan torpaq məsələsi çərşənbə günü müzakirə ediləcək

Kıbrıs problemini həllə qovuşdurmaq məqsədi ilə BMT-nin nəzarətində keçirilən müzakirələr Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadisin iştirakı ilə bugün İsveçrənin Cenevrə şəhərində davam etdiriləcək.

Üç gün davam edəcək müzakirələrdən əvvəl tərəflər dünən baş tutan koordinasiya toplantısında bir araya gələrək çalışma planı hazırlayıb.

Toplantıda qəbul edilən razılığa əsasən, tərəflər ilk gün yığıncaqda mülkiyyət məsələsini müzakirə edəcək.

Hakimiyyət və gücün bölüşülməsi mövzuları müzakirə ediləcək. Həmçinin təhlükəsizlik və zəmanətlərlə əlaqəli mövzularda fikir mübadiləsi aparılacaq.

İkinci gün isə ilk günkü müzakirələr başa çatsa hakimiyyət və gücün bölüşülməsi mövzuları gündəmə salınacaq.

Avropa İttifaqı, iqtisadiyyat və məsələnin həllinin maliyyələşdirilməsi mövzuları da ikinci gün müzakirə ediləcək.

Çərşənbə günü isə ən həssas başlıqlardan biri olan torpaq məsələsi əsas gündəmi təşkil edəcək.

Üçüncü gün müzakirələrində mülkiyyət və barəsində razılıq əldə edilə bilməmiş digər mövzulardan danışılacaq.

Beləliklə beştərəfli zirvə ərəfəsində iki tərəf arasındakı müzakirə prosesi yekunlaşacaq.

Bu arada BMT baş katibi Antonio Quterreş iki liderə də zəng edərək proses haqqında fikir mübadiləsi aparıb.

Digər tərəfdən Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı İsveçrəyə hərəkətindən əvvəl Ərcan hava limanında təşkil etdiyi mətbuat konfransında “Cenevrədə mütləq nəticə əldə ediləcək” deyəcək nöqtədə olmadıqlarını ifadə edərək bildirib ki, ehtiyatlı olunmalıdır.  Tərəflər eyni qətiyyətli və məsuliyyətli mövqe ilə cəhd göstərəcəyi təqdirdə Kıbrısda bərabərlik, azadlıq və təhlükəsiz şəkildə iki icmanın  dinclik və xoşbəxtlik içində yaşaya biləcəyi həll yolu mümkündür.

Akıncı onu da əlavə edib ki, Cenevrədə əgər Rum tərəfinin səhvləri ön plana çıxıb və arzu edilə biləcək qarşılıqlı həll yoluna qovuşmaq mümkün olmasa Şimali Kıbrıs Türk Cümhuriyyəti demokratik, dünyəvi, azad icma olaraq öz yolunda irəliləməkdə davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr