Əl-Abadinin PKK-nın Türkiyəyə istiqamətli hücumlarına dair açıqlaması

Əl-Abadi PKK-nın İraq ərazilərindən istifadə edərək Türkiyəyə hücum etməsini qəbul etməyəcəklərini bildirib.

643618
Əl-Abadinin PKK-nın Türkiyəyə istiqamətli hücumlarına dair açıqlaması

 

İraqın baş naziri Heydər əl-Abadi terror təşkilatı PKK-nın ölkəsinin ərazilərindən istifadə edərək Türkiyəyə hücum etməsini qəbul etməyəcəklərini söyləyib.

Abadi paytaxt Bağdaddakı “Yaşıl bölgə”də yerləşən hökumət binasında təşkil etdiyi mətbuat konfransında deyib ki, ölkənin qanunları da buna icazə vermir.

Baş nazir Binəli Yıldırımın 5-6 yanvarda İraqa reallaşdıracağı səfərə də toxunan Abadi bildirib ki, Türkiyə baş nazirinin İraqa səfəri qarşılıqlı ziyarətlər və əlaqələrin gücləndirilməsi çərçivəsində baş tutacaq. Türkiyə və bütün ölkələrlə siyasi, təhlükəsizlik, iqtisadi və ticarət əlaqələri inkişaf etdirmək istəyirik.

İraqın baş naziri Mosulu DEAŞ-dan xilas etmə əməliyyatı ilə aləqəli olaraq da deyib ki, təhlükəsizlik qüvvələri DEAŞ-a qarşı son günlərdə irəliləyiş əldə edib. Təşkilatın tamamilə məhv edilməsi üçün dünya ölkələrinin kəşfiyyatla bağlı əllərindəki məlumatları paylaşmalarını istəyirik.

Abadi Mosulda xilas edilən bölgələrdə ailələrə ərzaq talonu paylanmağa və məktəblərin yenidən açılmağa başlandığını dilə gətirərək, İraqda terrora qarşı açıq şəkildə mübarizə apardıqlarını, Bağdad, Nəcəf və Səlahaddin şəhərlərində yaşanan hücumlarla əlaqəli təhlükəsizlik sahəsində zəiflik olduğunu, paytaxt və digər şəhərlərdəki yol hərəkətinə nəzarətlə əlaqəli müvaqif yerlərə yeni təlimatlar verdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr