‘‘Fәrad Qalxanı’’ әmәliyyatı çәrçivәsindә DEAŞ-ın 18 üzvü mәhv edilib

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Tütkiyәnin liderliyilә avqustun 24-dә başlanılan ‘‘Fәrad Qalxanı’’ әmәliyyatı çәrçivәsindә  terror təşkilatı DEAŞ-ın  18 üzvü zərərsizləşdirilib.

642869

Bununla bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumatda  Suriyanın şimalında havadan və qurudan endirilən zərbələr nəticəsində 18 DEAŞ üzvünün  məhv edildiyi, 37 terrorçunun  yaralandığı açıqlanıb.

Әmәiliyyatın 133-cu günündә hәmçinin DEAŞ-a aid 150 hәdәfin vurulduğu bildirilib.

Әmәliyyat  çәrçivәsindә hәmçinin terror tәşkilatının silah-sursat ambarı olaraq istifadә etdiyi 4 hәdәf mәhv edilib.

Әlaqәli Xәbәrlәr