Hələbin şərqində təxliyyə edilən evlər talan edilir
Suriyanın şərqində kənd bombalandı: 23 dinc vətəndaş həlak oldu.
Suriyanın şərqində yerləşən Deyr əz Zur şəhərinə bağlı Əl-Suvar bölgəsində bir kəndi hədəf götürən hava hücumunda 23 dinc vətəndaş həlak olub.
Sur bölgəsindəki yerli aktivistlərdən Əhməd Həsən Rusiya ordusuna məxsus qırıcının Deyr əz Zur şəhərinin Suvar bölgəsinə bağlı əl-İhriciyyə kəndini bomlanadığını söyləyib.
Əhməd Həsən hücum zamanı aralarında qadın və uşaqların da olduğu 23 dinc vətəndaşın həyatını itirdiyini, onlarla insanın isə yaralandığını bildirib.
Digər tərəfdən Hələbin qərb bölgələri şiddətli bombardman altındadır.
Yerli aktivistlərdən Yasir Əli Rusiya rejimə məxsus qırıcıların Hələbin qərb bölgəsindəki Etarib qəsəbəsi ilə Daret İzaa və Daal məntəqələrindəki yaşayış yerlərini şiddətli şəkildə bombaladığını söyləyib.
Bombardman zamanı xeyli sayda insanın yaralandığını bildirən Yasir Əli Şərqi Hələbdən mülki vətəndaşların təxliyyəsindən sonra Rusiya və rejim qırıcılarının Hələbin qərb məntəqələrini bombalamağa başladığını deyib.
Digər tərəfdən Əsəd qüvvələrinin Hələbin şərqindəki təxliyyə edilən evləri talan etdiyi bildirilir.
Yerli mənbələrdən əldə edilən məlumata əsasən, rejim ordusundakı gənəral Suheyl əl Həsənə bağlı dəstələr tərəfindən noyabr ayında başlanan talan hadisələri son təxliyyə işlərindən sonra sürət qazanıb.