Suriyada düşərgədə çadırın çökməsi nəticəsində 2 uşaq həyatını itirdi
Türkiyə sərhədindəki İdlib şəhərinin şimalında yerləşən Harim bölgəsində qurulan və təxminən 200 çadırdan ibarət düşərgə qar yağışından ciddi zərər gördü.


Suriyanın İdlib şəhərinin Harim bölgəsində qurulan çadırlardan 70-nin intensiv qar yağışı səbəbindən çökməsi nəticəsində 2 uşaq həyatını itirdi.
Türkiyə sərhədindəki İdlib şəhərinin şimalında yerləşən Harim bölgəsində qurulan və təxminən 200 çadırdan ibarət düşərgə qar yağışından ciddi zərər gördü.
Çadır düşərgəsində yerləşən 70 çadır damlarında toplanan qarların yaratdığı ağırlıq nəticəsində çökdü, hadisədə 2 uşaq həyatını itirdi.
Ailələr dağılmaması üçün çadırların üstündəki qarı təmizləməyə çalışdılar.
Bəzi uşaqlar qarın altında yay paltarlarında gəzirlər.
Hama şəhərinin şimalından və Hələbdən gedən suriyalıların həyatlarını davam etdirməyə çalışdığı düşərgə sakinlərindən Qədr Dərviş qarın 3 gün intensiv şəkildə yağdığını, bir çox çadırın dağıldığını bildirdi.
Qar səbəbindən yolların bağlandığını, düşərgədə su və çörək qıtlığının yarandığını qeyd edən Dərviş: "Bizə təcili yeni çadırlar lazımdır. Yolların bağlı olması səbəbindən xəstələnən uşaqlarımızı həkimə apara bilmirik. Su olmadığı üçün qarı əridərək su tələbatımızı ödəyirik" deyə danışdı.
Әlaqәli Xәbәrlәr

Yunanıstanda mülki helikopter dənizə düşüb, axtarış-xilasetmə əməliyyatı aparılır
Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.