Suriya böhranı ölkənin torpaq vahidliyi çərçivəsində və siyasi yollarla həll edilməlidir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın və bütün qonşularının milli vahidliyini və sərhəd btövlüyünü dəstəklədiklərini və hər hansı bölünmənin əleyhinə olduqlarını söyləyib.

634840
Suriya böhranı ölkənin torpaq vahidliyi çərçivəsində və siyasi yollarla həll edilməlidir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın və bütün qonşularının milli vahidliyini və sərhəd btövlüyünü dəstəklədiklərini və hər hansı bölünmənin əleyhinə olduqlarını söyləyib.

Çavuşoğlu Moskvada rus həmkarı Sergey Lavrov və iranlı həmkarı Cavad Zəriflə üçtərəfli görüşdən sonra təşkil edilən mətbuat kofransında öz növbəsində deyib ki, Suriya mövzusunda indiyədək dəyişik məzmunlarda qəbul edilən qərarlar var. Ancaq qərarlar həyata keçirilmir və nəticədə ərazidə vəziyyət daha ağırdır. İlk dəfə bu formatda yığıncaq keçirildi. Toplantıda Hələbdəki insani böhranın yüngülləşdirilməsi, ordakı əhalinin nizamlı və aramsız şəkildə təxliyyəsi və siyasi həll yolları müzakirə olundu.

Çavuşoğlu indiyədək Hələbdən 37 min 500 nəfərin təxliyyə edildiyini bildirərək deyib ki, atəşkəs qərarının Suriya miqyasında tətbiq edilməsi barədə DEAŞ, Əl Nusra kimi terror təşkilatları ilə mübarizə davam edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Suriya böhranın həlli üçün səmərəli və fəal formatın Türkiyə-Rusiya-İran üçtərəfli format olduğunu bildirərək deyib ki, Suriya rejimi və müxaliflər arasında imzalanacaq sazişə zamin ölkə olmağa hazırıq.

Nazir Lavrov üç ölkə olaraq Suriya böhranının ölkənin torpaq vahidliyi çərçivəsində və siyasi yollarla həlli barədə razılıq əldə etdiklərini söyləyib.

Lavrov Qazaxıstan prezidenti Nursoltan Nazarbayevin Suriya ilə əlaqəli görüşlərin Astanada keçirilməsinə dair təklifini dəstəklədiklərini bildirərək, DAEŞ ilə Əl Nusra Cəbhəsi kimi təşkilatlarla mübarizələrini qətiyyətli şəkildə davam etdirəcəklərini və silahlı müxalifətin ayrı tutulması mövzusunda da ortaq səy göstərəcəklərini söyləyib.

İranın xarici işlər naziri Cavad Zərif də Suriyadakı şərtlərin beynəlxalq aləmin əməkdaşlıq edərək, terrorla mübarizəni davam etdirərək və şiddətin təcili qarşı alınaraq əvəz edilə biləcəyini, ayrıca Suriyaya humanitar yardımların çatdırılmasının vacibliyini dilə gətirib.

Zərif deyib ki, Suriya böhranının həllində sürətli addımlar atıla bilər. Siyasi həll yolu tapıla biləcəyinə inanıram.



Әlaqәli Xәbәrlәr