Dmitri Peskov və Valentina Matvienkonun açıqlamaları

Karlovun öldürülməsi iki ölkə əlaqələrinin normallaşmasına qarşı planlaşdırılmış bir təxribatçılıqdır.

634522
Dmitri Peskov və Valentina Matvienkonun açıqlamaları

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin sözcüsü Dmitri Peskov Rusiyanın Ankara səfiri Karlovun qətlə yetirilməsi ilə Moskva və Ankara arasındakı əlaqələrin normallaşma prosesinin və Suriyadakı siyasi həll yoluna dair səylərə mane olunmasının hədəf götürüldüyünü söyləyib.  

Hücumun arxasında kimlərin olduğunun istintaq nəticəsində məlum olacağını ifadə edən Peskov deyib ki, rus ekspertlər hazırda Ankaradadır. Dünən dövlət başçıları ortaq araşdırma aparılması barədə razılıq əldə etmişdi. Səbr etməliyik və mütəxəssislərin araşdırmalarını başa çatdırmalarını gözləməliyik.

Rusiya Federasiyası Şurasının sədri Valentina Matvienko da təhlükəsizlik qüvvələrinin Rus mütəxəssislərin də iştirakı ilə hücumda məsuliyyəti olanları aşkarlamaq üçün mümkün olan hər şəyi yerinə yetirməsinin vacib olduğunu, bunun şərəf məsələsi olduğunu bildirib.

O deyib ki, Karlovun öldürülməsi iki ölkə əlaqələrinin normallaşmasına qarşı planlaşdırılmış bir təxribatçılıqdır.



Әlaqәli Xәbәrlәr