Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Suriya toplantısı sabah keçiriləcək

Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin dekabrın 27-si üçün nəzərdə tutulan Suriya toplantısı sabah (çərşənbə axşamı) keçiriləcək.

633389
Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Suriya toplantısı sabah keçiriləcək

 Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov sabah Moskvada Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin görüş keçirəcəyini təsdiqlədi.
 
 Boqdanov: "Üçtərəfli görüş Moskvada 20 dekabrda keçiriləcək. Rusiya xarici işlər naziri Sergeiy Lavrov türkiyəli və iranlı həmkarları ilə telefon danışığı keçirib" deyə bildirdi.
 
 Boqdanov:"Üçtərəfli formatda ilk növbədə Suriya və ətrafındakı məsələləri müzakirə etmək lazımdır. Suriya tərəfləri masa arxasına əyləşmələri və sabit atəşkəsin  təmin olunması, bəzi humanitar problemlərin həll edilməsi və siyasi həllin əldə olunması kimi məsələlərdə razılıq əldə etməlidirlər. Bunun üçün əlimizdə  Birləşmiş Millətlər Təşkilatının 2254 saylı qərarı kimi bir əsas da vardır" dedi.

Rusya xarici işlər naziri Sergey Lavrov isə iclasdan gözləntisini: "Qərb tərəfdaşlarımızın ritorika və təbliğatla məşğul olduğu bir dövrdə bölgədəki vəziyyətə həqiqi mənada yaxşı istiqamətdə təsir edə biləcək tərəflərlə detallı və konkret şəkildə danışılmalıdır" olaraq açıqladı.
 
 Lavrov "görüşdən hansı nəticə çıxa bilər?" sualına: "Görəcəyik. Görüşün sabah keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, baş tutar" cavabını verdi.



Әlaqәli Xәbәrlәr