Türkiyənin Hatay şəhərinə gətirilən ağır yaralı sayı 131 olub

İdlibə gətirilən yaralılardan vəziyyətləri ağır olanlar Türkiyəyə göndərilir.

633256
Türkiyənin Hatay şəhərinə gətirilən ağır yaralı sayı 131 olub

Suriyada Bəşər Əsəd rejimi və  rejim tərəfdarı xarici terrorçu qrupların mühasirəsindəki Hələbin şərqindən təxliyyə edilənlər arasında olan ağır yaralı mülki vətəndaşlardan Türkiyənin Hatay şəhərinə gətirilənlərin sayı 131 olub.

Baş Nazirliyin Mətbuat, Yayım və İnformasiya Müdirliyi tərəfindən yayımlanan açıqlamaya əsasən, Hələbin qərbində yaradılan təhlükəsiz bölgəyə çıxarılandan sonra İdlibə gətirilən yaralılardan vəziyyətləri ağır olanlar Türkiyəyə göndərilir.

Təxliyyə əməliyyatı başlandığı gündən sonra Baş Nazirlik Fövqəladə və Təcili Hal İdarəsi Sədrliyinin təşkilatçılığında Cilvəgözü sərhəd məntəqəsində gözlədilən 112 təcili yardım maşınlarına götürülərək Hatay şəhərindəki xəstəxanalara yerləşdirilən yaralı sayı 46-sı uşaq olmaqla 131-ə çıxıb.

Yaralılardan 5-i edilən müdaxilələrə baxmayaraq həyatlarını itiriblər.

Şəhərə gətirilən yaralılardan 57-si şəhərdən kənardakı xəstəxanalara göndərilib, 12-si isə müalicəsi  tamamlanaraq xəstəxanadan çıxarılıb. Ağır yaralıların Hatay şəhərinə gətirilməsi işinin davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr